IMG-LOGO

İran dronları Küveyt aeroportunu vurdu, yaralılar var

03 Jun 2026 10:36 5 baxış
IMG
1 0

Küveyt hava limanı İranın hücumundan sonra fəaliyyətini müvəqqəti dayandırıb, sərnişin terminalında zədələnmələr qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Saud əl-Atvan bildirib ki, dronlar birinci terminaldakı sərnişin zalına hücum edib:

“Bu, binaya ciddi maddi ziyan vurub və bir neçə nəfərin yaralanmasına səbəb olub. Yaralananlara zəruri tibbi yardım göstərilib”.

Hava limanından uçuşlar təxirə salınıb, təyyarələr alternativ hava limanlarına yönləndirilir.

Küveyt Müdafiə Nazirliyi çərşənbəyə keçən gecə ölkə ərazisinə raket və pilotsuz uçuş aparatları ilə edilən hücumların dəf edildiyini açıqlayıb.

İran dünyadan xəbərlər

Mənbə: lent.az

Xəbər lenti