Hindistanın Kəlküttə şəhərində təhlükəsizlik tədbirləri adı ilə Lionel Messinin 21 metrlik heykəli sökülüb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, abidənin sökülməsi ilə bağlı göstərişi yerli hakimiyyət verib. Futbolçunun Dünya Kuboku ilə birlikdə təsvir olunduğu fiqur dekabr ayında idmançının Hindistana səfəri münasibətilə ticarət mərkəzinin damında quraşdırılıb.
Qeyd olunur ki, lakin qısa müddət sonra konstruksiyanın etibarlılığı ilə bağlı həm mütəxəssislər, həm də şəhər sakinləri narahatlıq ifadə etməyə başlayıblar.
Müşahidələr göstərib ki, güclü külək zamanı nəhəng konstruksiya ciddi şəkildə yellənməyə başlayıb. İnsanların həyatına təhlükə yarada və uçma riski daşıya biləcəyini nəzərə alan şəhər rəhbərliyi obyektin operativ şəkildə sökülməsinə qərar verib.
İdman xəbərləri dünyadan xəbərlərMənbə: lent.az