IMG-LOGO

Türkiyədə bələdiyyə sədri atəş açdı, başına dərd oldu - VİDEO

05 Apr 2024 17:28 246 baxış
IMG

Türkiyənin İsparta şəhərinin Kuleönü qəsəbəsində AKP-dən bələdiyyə sədri seçilən Nuri Ərdoğan zəfərini havaya atəş açaraq qeyd edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, seçkilərin nəticələri açıqlandıqdan sonra Ərdoğan qəsəbədə toplaşan tərəfdarlarının yanına gələrək bir neçə dəfə havaya atəş açıb. Ərdoğanın qələbəsini qeyd etməsi bir vətəndaş tərəfindən kameraya çəkilib.

İsparta prokurorluğu, sözügedən hadisə ilə əlaqədar istintaq başladıldığını bildirib.

 

Mənbə: lent.az

Xəbər lenti