IMG-LOGO

“Xanım bir gecə müqabilində mənə maşın təklif etdi” - Kənan MM

05 Apr 2024 17:50 153 baxış
IMG

Rejissor və aktyor Kənan MM tələbəlik illərində bir xanımın ona bir gecəlik münasibət müqabilində avtomobil bağışlamaq istəməsindən danışıb.

Lent.az-ın xəbərinə görə, yumoristik proqramlardan birində həmin hadisəni danışan Kənan MM bildirib ki, avtomobili qəbul etməyib.

“Gəlib bu hadisəni yataqxanada tələbə yoldaşlarıma danışdım. Guya lovğalanacaqdım ki, bu cür təklifi qəbul etmədim. Həmin vaxtlar da çox kasıbçılıq idi, evdə yeməyə heç nə yox idi. Bu sözü eşidən otaq yoldaşlarım məni qovub qapını üzümə bağladılar. Yaxşı bir fürsəti əldən verdiyimə görə əsəbiləşmişdilər”.

 Kənan MM bildirib ki, xanım ona “Çeşka” (“Mersedes”) bağışlamaq istəyib.

 

Mənbə: lent.az

Xəbər lenti