IMG-LOGO

Nigeriyada vəbadan 37 nəfər öldü

31 May 2026 01:48 3 baxış
IMG
1 0

Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında vəba səbəbindən ölənlərin sayı 37 nəfərə yüksəlib.

Lent.az "Punch" qəzetinə istinadən xəbər verir ki, may ayının əvvəlindən indiyədək ştatda 3 mindən çox yoluxma halı qeydə alınıb.

Məlumata əsasən, epidemiya 36 rayonu əhatə edib. Yoluxmaların yarıdan çoxu ştatın inzibati mərkəzi olan Mayduquri şəhərində aşkarlanıb.

Səhiyyə qurumları vəziyyəti ictimai sağlamlıq sahəsində fövqəladə hal kimi qiymətləndirir və təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayır.

nigeriya vəba

Mənbə: lent.az

Xəbər lenti