IMG-LOGO

Ukraynada insanabənzər robotlar sınaqdan keçirildi

31 May 2026 00:35 2 baxış
IMG
2 0

ABŞ-ın "Foundation Future Industries" şirkəti Ukraynada döyüş zonasına yaxın ərazilərdə insanabənzər robotların sınaqlarını keçirib.

"CNBC"nin məlumatına görə, şirkət pilot nümayiş məqsədilə iki ədəd "Phantom MK-1" robotunu Ukraynaya göndərib. Bu, insanabənzər robotların ilk dəfə döyüş şəraitində sınaqdan keçirilməsi kimi qiymətləndirilir.

Şirkətin baş direktoru Şanket Patekin sözlərinə görə, robotların əsas vəzifəsi ön xəttə sursat çatdırmaq olub.

Məlumata əsasən, "Phantom MK-1" modelinin bir sıra məhdudiyyətləri var. Robotun yükdaşıma qabiliyyəti 20 kiloqramdan çox deyil, korpusu isə sudan qorunmur. Bundan əlavə, batareyanın qısa müddət işləməsi onun geniş istifadəsinə mane olan əsas amillərdən biri hesab edilir.

Şirkət yaxın vaxtlarda daha təkmilləşdirilmiş "Phantom 2" modelini Ukraynaya göndərməyi planlaşdırır. Bildirilir ki, yeni modelin yükdaşıma qabiliyyəti əvvəlki versiyadan iki dəfə çox olacaq və “insanüstü imkanlara” malik olacaq.

ukrayna abş robot

Mənbə: lent.az

Xəbər lenti