30 may 2026-cı il tarixindən etibarən Rusiya Ermənistandan pomidor, xiyar, bibər, göyərti və çiyələk də daxil olmaqla müəyyən giləmeyvə və təzə tərəvəzlərin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib.
APA xəbər verir ki, Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət (Rosselxoznadzor) tərəfindən əvvəllər bildirildiyi kimi, qərar Ermənistan meyvə-tərəvəz məhsullarının Rusiyaya tədarükündə artan pozuntular fonunda və fitosanitar təhlükəsizliyi təmin etmək üçün qəbul edilib.
Agentlik qeyd edib ki, mövcud vəziyyət, onların qiymətləndirməsində, ölkənin fitosanitar statusuna təhlükə yaradır.
Rusiya ErmənistanMənbə: lent.az