IMG-LOGO

Tramp yaxın saatlarda İranla bağlı qərar verəcək

29 May 2026 19:18 3 baxış
IMG
0 0

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, İranla bağlı vəziyyət üzrə yekun qərarı kəşfiyyat brifinqindən sonra, yəni yaxın saatlarda verəcək.

Lent.az xarici mediaya istinadla bildirir ki, ABŞ prezidentinin iş qrafikinə əsasən, Operativ Mərkəzdə keçiriləcək kəşfiyyat brifinqi yerli vaxtla saat 11:00-a planlaşdırılıb.

“İndi Operativ Mərkəzdə müşavirə keçirəcəyəm”, — Tramp "Truth Social" sosial şəbəkəsində yazıb. O əlavə edib ki, məqsəd İranla bağlı yekun qərarın qəbul edilməsidir.

Bununla yanaşı, ABŞ lideri qeyd edib ki, Vaşinqton və Tehran hələlik nüvə məsələsi və Hörmüz boğazının açılması ilə bağlı razılığa gəlməyib. Onun sözlərinə görə, digər məsələlər üzrə razılaşma əldə olunub.

Donald Tramp ABŞ-İran

Mənbə: lent.az

Xəbər lenti