Cənubi Koreyanın paytaxtı Seulda keçirilən "Mach 33: Physical AI Fashion Show" adlı moda nümayişində insanlar və robotlar birlikdə podiuma çıxıblar. Tədbirin təşkilatçısı olan "Galaxy Corporation" bunun dünyada insan təxəyyülü ilə texnologiyanın mahiyyətini birləşdirən ilk belə şou olduğunu bildirib.
Lent.az xəbər verir ki, tədbirdə müxtəlif geyimlərdə robotlar nümayiş etdirilib. Onlar futuristik gödəkçələr, kosmik üslublu kombinezonlar, eləcə də cins kostyum və kovboy papağında podiuma çıxıblar. Şouda Çinin "Unitree Robotics" şirkətinin istehsalı olan robotlardan istifadə edilib.
Nümayiş zamanı insanlar və robotlar birlikdə "simvolizmlə zəngin" rəqs təqdim ediblər. Bildirilib ki, onlar bir-birinin hərəkətlərinə harmonik şəkildə reaksiya veriblər. Moda nümayişindən sonra robotlar arasında kikboksinq döyüşü də təşkil olunub.
koreya seul robot podium moda

Mənbə: lent.az