IMG-LOGO

Tısbağadan “paltar” geyinən tutuldu: gömrükçülər gözlərinə inanmadı

28 May 2026 13:27 2 baxış
IMG
1 0

Turist qadın nəsli kəsilməkdə olan 58 tısbağanı ayaqlarına bağlayaraq Çinə keçirməyə cəhd edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Şenzhen bölgəsinin Çin–Honq Konq sərhədində bir turist qadın tısbağaları paltarının altında budlarına bağlayaraq ölkəyə keçirməyə çalışıb. 

Gömrük əməkdaşları qadının paltarının altında qəribə çıxıntılar və qəribə qoxu hiss etdikdən sonra ondan şübhələniblər.

Yoxlama zamanı sərnişinin üzərindən 58 canlı tısbağa aşkarlanıb. Mütəxəssislər müəyyən ediblər ki, onların arasında Hermann və qırmızıayaqlı tısbağalar var. Hər iki növ nəsli kəsilmək təhlükəsi altında hesab olunur.

Turist qadın saxlanılıb və iş qaçaqmalçılıq araşdırması üçün gömrük orqanlarına göndərilib.

Hadisələr dünyadan xəbərlər heyvanlar aləmi Çin gömrük

Mənbə: lent.az

Xəbər lenti