IMG-LOGO

Bakıda külək zəifləyib - FAKTİKİ HAVA

04.04.2024 15:38 99 baxış
IMG

Milli Hidrometeorologiya Xidmətinin 4 aprel saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi tədricən zəifləyib.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Lent.az-a bildirib ki, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21 m/s, Neftçalada 23 m/s, Şahdağda 20 m/s, Naftalanda 18 m/s, Ağdamda 16 m/s-dir. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatıb.

Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur. Xaltan, Şabran, Altıağac, Xaçmaz, Qubada yağış, Qusar (Laza), Qrız, Xınalıqda qar yağır.

Xəbər lenti