IMG-LOGO

Göbələk yığan qoca kişi yoxa çıxdı: qalıqları ayının mədəsindən tapıldı

27 May 2026 16:03 5 baxış
IMG
0 0

Yaponiyanın Yamaqata prefekturasında 78 yaşlı kişi göbələk toplamaq üçün meşəyə gedib və geri qayıtmayıb. Onun meyiti mayın 5-də aşkarlanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, təqaüdçünün bədəni ciddi şəkildə xəsarət almış vəziyyətdə tapılıb. Baş və gövdəsində vəhşi heyvanın diş və caynaq izləri müəyyən edilib.

Hadisə yerinin yaxınlığında ovçular ayı aşkar edərək onu zərərsizləşdiriblər. Daha sonra heyvanın cəsədi üzərində aparılan ekspertiza zamanı mədəsində insan bədəninə aid qalıqlar aşkar olunub. Beləliklə, məhz həmin yırtıcının göbələk toplayan şəxsə hücum etdiyi ilə bağlı şübhə qalmayıb.

Polis yerli sakinləri meşəyə tək getməməyə və təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyə çağırıb. Həlak olan şəxsin adı ailəsinin xahişi ilə açıqlanmayıb.

Hadisələr dünyadan xəbərlər

Mənbə: lent.az

Xəbər lenti