IMG-LOGO

Təbriz stadionunda Azərbaycan bayrağı qaldıran milli fəallar həbs edildi

04.04.2024 13:11 100 baxış
IMG

İranın molla rejimi stadionda Azərbaycan bayrağı qaldıran milli fəalları həbs edib.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, dünən Təbrizin Səhənd stadionunda “Traktor”un azarkeşləri Azərbaycan bayrağı qaldırıblar:

"Güneyli soydaşlarımızdan daxil olan məlumata görə, molla rejimi buna görə kütləvi həbslərə start verib. Oyundan sonra təhlükəsizlik qüvvələri xeyli sayda azarkeşi həbs edib. Ey fars-molla rejimi, bu həbslərlə Azərbaycan xalqının milli mücadilə əzmini qıra bilməyəcəksən!"

 

Xəbər lenti