ABŞ-ın İllinoys ştatında göldə batmış avtomobildən 25 il əvvəl itkin düşən şəxsin meyiti tapılıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ötən ilin sentyabrında dalğıclar su hövzəsində axtarış apararkən təsadüfən su altında qalmış avtomobil aşkar ediblər. Avtomobilin içərisində isə insana aid sümük qalıqları tapılıb.
Dalğıcların sözlərinə görə, həmin vaxt onlar başqa bir itkin şəxsin axtarışını həyata keçirirdilər və avtomobili tamamilə təsadüf nəticəsində tapıblar. 2026-cı ilin may ayında aparılan ekspertiza nəticəsində qalıqların şəxsiyyəti müəyyənləşdirilib. Məlum olub ki, cəsəd 25 il əvvəl itkin düşmüş Con Pizanoya məxsusdur.
Ailə üzvlərinin bildirdiyinə görə, Con Pizano uzun illər psixi xəstəlikdən əziyyət çəkib.
Hadisələr ABŞ dünyadan xəbərlər itkin meyitMənbə: lent.az