IMG-LOGO

Prezidentin nəvəsindən Qara Qarayevə dəstək

04 Apr 2024 11:44 99 baxış
IMG

Prezident İlham Əliyevin nəvəsi Mikayıl Ağalarov “Neftçi”nin futbolçusu Qara Qarayevla bağlı paylaşım edib. 

Lent.az xəbər verir ki, o, öz instaqram hesabında futbolçunun fotosunu “Huge respect” başlığı ilə paylaşıb.

Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinal mərhələsində baş tutmuş “Neftçi”- “Qarabağ” derbisindən sonra Ağdam təmsilçisinin azarkeşləri Qara Qarayevi təhqir etmişdi. 

Bu hadisədən sonra bir çox futbolçular, tanınmışlar Qara Qarayevi paylaşaraq ona dəstək nümayiş etdiriblər.

Xəbər lenti