IMG-LOGO

Bakıda QƏZA: Ölən var

04.04.2024 11:47 99 baxış
IMG

Abşeronda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Lent.az xəbər verir ki, martın 30-da Masazır kəndi, “Yeni Bakı” Yaşayış kompleksində yaşayan, 1988-ci il təvəllüdlü Çarullayev Pərviz İlham oğlu idarə etdiyi “Ford Transit” markalı avtomobili arxaya hərəkət etdirərkən ehtiyatsızlıqdan 1934-cü il təvəllüdlü Hüseynova Zərxara Abbas qızını vurub.

Nəticədə qadın xəsarətlərlə “Kliniki Tibbi Mərkəz”ə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, qadın ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Xəbər lenti