IMG-LOGO

Bakıda güclü külək nə vaxt zəifləyəcək? - FAKTİKİ HAVA

04 Apr 2024 09:20 137 baxış
IMG

"Güclü külək axşama doğru zəifləyəcək".

Lent.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova ölkə ərazisində müşahidə olunan güclü küləklə bağlı məlumat verib.

“Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində güclü şimal-qərb küləyi əsir. Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 35 m/s, Naftalanda 28 m/s, Goranboyda 27 m/s, Tərtərdə 22 m/s, Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır”. 

G.Məmmədova küləyin axşama doğru zəifləyəcəyini bildirib.

Mənbə: lent.az

Xəbər lenti