IMG-LOGO

Bakıda bu yolda sürət endirildi

04 Apr 2024 08:39 170 baxış
IMG

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib.

Lent.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, davam edən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Eyni zamanda bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilib.

Mənbə: lent.az

Xəbər lenti