IMG-LOGO

İsrail Livanı vurdu: 11 nəfər öldü

25 May 2026 04:58 3 baxış
IMG
0 0

İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı Nəbatiyyə vilayətinə endirdiyi zərbələr nəticəsində 11 mülki şəxs həlak olub.

Lent.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrail təyyarələri Sir əl-Qarbiyyə yaşayış məntəqəsində üçmərtəbəli yaşayış binasını bombalayıb.

Nəticədə bir uşaq və altı qadın daxil olmaqla 11 nəfər ölüb, daha 9 nəfər yaralanıb. Yaralananlar arasında dörd uşaq və bir qadın var.

Hazırda dağıntılar altında axtarış-xilasetmə işləri davam etdirilir və ölənlərin sayının artacağı istisna edilmir.

israil livan

Mənbə: lent.az

Xəbər lenti