IMG-LOGO

“Atama brilliantlarla işlənmiş kamança bağışlamışdılar”- Habil Əliyevin qızı

03.04.2024 19:30 99 baxış
IMG

“Atam Habil müəllimin kamançası çox idi. Ona bahalı brilliant daşlar və qızıl işləməli kamança hədiyyə etmişdirlər”. 

Bu fikirləri mərhum kamança ustası Habil Əliyevin qızı Vəfa Əliyeva söyləyib.

Lent.az-ın xəbərinə görə, proqramlardan birində atası ilə bağlı xatirələrini bölüşən Vəfa xanım deyib ki, atası həmin qiymətli kamançadan istifadə etməyib.

“Atam o kamançadan istifadə etmirdi. O kamança muzey əşyası  kimi evdə qalırdı. Onun özünün kamançası xüsusi var idi və  yalnız onda ifa edirdi. Atama başqa kamança verib ifa etməsini istəyəndə o, bunu edə bilmirdi. Habil müəllim çox kaprizli, çətin xasiyyətli, çox həssas insan idi...”. 

Xəbər lenti