Gürcüstanın cənubunda, Cavaxetiya yaylasında arxeoloqlar erkən tunc dövrünə aid yaşayış məskəni aşkar ediblər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ekspedisiyanın rəhbəri, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professoru Vaxtanq Liçeli məlumat yayıb.
Alimlərin sözlərinə görə, tapıntılar ölkənin bu hissəsində Kür-Araz mədəniyyətinin geniş yayıldığını göstərir.
Vaxtanq Liçeli bildirib ki, yaylanın araşdırılmasına 2017-ci ildə başlayıb. İlkin mərhələdə tədqiqatçılar ərazinin və əvvəldən məlum olan qədim obyektlərin xəritəsini hazırlayıblar. Daha sonra ekspedisiya Baraleti Natsarqora və Meqreki ərazilərində qazıntılara başlayıb. Araşdırılan sahə indiki Aspindza, Axalkalaki və Ninotsminda rayonlarını əhatə edir.
Arxeoloqlar erkən tunc dövründən dəmir dövrünə qədər təxminən e.ə. 3500-500-cü illərə aid müdafiə divarları, yaşayış tikililəri və gil konstruksiyalar aşkar ediblər.
Ən diqqətçəkən tapıntılardan biri konsentrik naxışlar və səliqə ilə hazırlanmış dəliklərlə bəzədilmiş bürünc günəş diski olub. Tədqiqatçıların qiymətləndirməsinə görə, bu artefakt həmin dövrdə metal emalının inkişaf etdiyini göstərir.
Gürcüstanda arxeoloji qazıntı dünyadan xəbərlərMənbə: lent.az