IMG-LOGO

Çində mədəndə güclü PARTLAYIŞ: 90 nəfər öldü - YENİLƏNİB

23 May 2026 11:51 2 baxış
IMG
8 0

Çində mədəndə baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.

Lent.az xəbər verir ki, hadisə nəticəsində həlak olanların sayı 90-a çatıb.

Məlumata görə, partlayışla bağlı şirkət rəhbəri saxlanılıb.

*** 09:44

Çində kömür mədənində güclü partlayış olub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Şansi əyalətinin Çinyuan qəzasında yerləşən kömür mədənində baş verib. Nəticədə 82 nəfər ölüb.

Bundan əvvəl hadisə nəticəsində 50-dən çox şaxtaçının öldüyü bildirilirdi.

Əvvəlki məlumatlard qeyd olunurdu ki, qaz partlayışı cümə günü yerli vaxtla saat 19:29-da “Lyuşenyu” kömür mədənində baş verib. Həmin vaxt şaxtada 247 işçi olub.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Mütəxəssislər partlayışın səbəbini araşdırırlar.

Hadisələr dünyadan xəbərlər partlayış Çin

Mənbə: lent.az

Xəbər lenti