Çində kömür mədənində güclü partlayış olub.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Şansi əyalətinin Çinyuan qəzasında yerləşən kömür mədənində baş verib. Nəticədə 82 nəfər ölüb.
Bundan əvvəl hadisə nəticəsində 50-dən çox şaxtaçının öldüyü bildirilirdi.
Əvvəlki məlumatlard qeyd olunurdu ki, qaz partlayışı cümə günü yerli vaxtla saat 19:29-da “Lyuşenyu” kömür mədənində baş verib. Həmin vaxt şaxtada 247 işçi olub.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Mütəxəssislər partlayışın səbəbini araşdırırlar.
Hadisələr dünyadan xəbərlər partlayış ÇinMənbə: lent.az