ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard həyat yoldaşının nadir sümük xərçəngi ilə mübarizəsinə dəstək olmaq üçün vəzifəsindən istefa verir.
Lent.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, Qabbard qərarı barədə ABŞ Prezidenti Donald Trampa cümə günü Oval kabinetdə keçirilən görüş zamanı məlumat verib. Onun Milli Kəşfiyyat rəhbəri vəzifəsində son iş gününün iyunun 30-u olacağı gözlənilir.
Telekanal Qabbardın rəsmi istefa məktubunun mətnini də əldə edib.
“Təəssüf ki, 30 iyun 2026-cı il tarixindən etibarən istefa verməliyəm. Həyat yoldaşım Abrahamda yaxın zamanda son dərəcə nadir rast gəlinən sümük xərçəngi aşkarlanıb”, – məktubda qeyd olunub.
Qabbard məktubunda Donald Trampa son ilyarım ərzində ABŞ Milli Kəşfiyyat İdarəsinə rəhbərlik etmək imkanı yaratdığı və göstərdiyi etimada görə təşəkkür edib.
tulsi qabard abş kəşfiyyatMənbə: lent.az