IMG-LOGO

ABŞ-İran danışıqlarının yeni raundunun TARİXİ AÇIQLANDI

20 May 2026 23:28 4 baxış
IMG
0 0

ABŞ və İran arasında növbəti danışıqlar raundu iyunun əvvəlində baş tuta bilər.

Lent.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, görüşün Həcc mövsümündən sonra İslamabadda keçirilməsi planlaşdırılır. 2026-cı ildə Həcc ziyarətinin əsas mərhələləri mayın 25-29-na təsadüf edir.

Mənbələr bildiriblər ki, hazırda Vaşinqton və Tehran arasında mümkün razılaşmanın yekun mətni üzərində iş aparılır.

Həmçinin Pakistan ordusunun baş qərargah rəisi Asim Munirin cümə günü İrana səfər edərək razılaşmanın son variantını təqdim edə biləcəyi iddia olunur.

abş iran

Mənbə: lent.az

Xəbər lenti