IMG-LOGO

30 yaşlı həkim dostunun tabutunu daşıdığı zaman öldü

19 May 2026 14:59 2 baxış
IMG
1 1

Çinin Quyçjou əyalətində 30 yaşlı həkim dostunun dəfn mərasimində ürəktutmadan dünyasını dəyişib. Kişi tabutu daşımağa kömək edərkən qəfil yerə yıxılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Bijie şəhər dairəsinin Veynin bölgəsində baş verib.

Həmin gün kənd sakinlərindən birinin dəfni keçirilib və yerli xəstəxanada çalışan Van adlı həkim mərasimə qatılıb. O, tabutu daşıyarkən ürəyi dayanıb. Daha sonra həkimin öldüyü məlum olub.

Van 1996-cı ildə anadan olub. O, uşaqlıqdan həkim olmağı arzulayıb. Məzun olduqdan sonra Veynin bölgə xəstəxanasında işə başlayıb. Həmkarları və pasiyentləri onun haqqında yalnız xoş fikirlər səsləndiriblər. Tanışlarının sözlərinə görə, o, mehriban, qayğıkeş insan olub və heç vaxt köməkdən imtina etməyib.

Mərhumun həyat yoldaşı qalıb. Qohumlarının dediyinə görə, cütlük on ildən çox birlikdə olub və qısa müddət əvvəl evlənib.

Hadisələr Çin həkim

Mənbə: lent.az

Xəbər lenti