IMG-LOGO

Hindistanda fil turist qadının ölümünə səbəb oldu

19 May 2026 02:37 6 baxış
IMG
2 0

Hindistanın Karnataka ştatında safari parklarından birində filin üstünə yıxıldığı turist qadın həyatını itirib.

Lent.az “The Indian Express” qəzetinə istinadən xəbər verir ki, 33 yaşlı qadın fillərin çimizdirilməsini izləyərkən hadisə baş verib.

Bildirilir ki, iki erkək fil arasında dava düşüb və onlardan biri digərini itələyib. Nəticədə yıxılan fil qadını əzərək öldürüb.

Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb.

Hindistan, fil, turist, Karnataka, safari, hadisə

hindistan fil

Xəbər lenti