IMG-LOGO

İranda qadınlara atəş açmağı öyrədirlər – Hamı silahı tanımalıdır -FOTOLENT

18 May 2026 17:14 3 baxış
IMG
0 0

İranda gecə saatlarında keçirilən kütləvi tədbirlər zamanı silahla davranış qaydaları öyrədilir.

CNN-in hazırladığı reportajda qeyd olunur ki, paytaxt Tehranda bəzi meydanlarda insanlara silahdan istifadə qaydaları göstərilir. Görüntülərdə qara çadra geyinmiş qadınların avtomat silahlarla təlim keçdiyi, uşaqların isə boş silahlarla şəkil çəkdirdiyi görünür.

Məlumata görə, Vanak meydanında təşkil olunan təlimlər zamanı maskalı şəxslər insanlara “Kalaşnikov” tipli silahların sökülüb-yığılmasını izah edib. Dövlət televiziyalarında da oxşar görüntülər yayımlanıb.

İran Tehran gecə mitinqləri CNN İran ABŞ gərginliyi silahlı təlimlər Mobina Nasiri İran dövlət televiziyası Yaxın Şərq İran xəbərləri

Xəbər lenti