IMG-LOGO

Məşhur müğənnidən qəribə açıqlama - "Sevgilim yadplanetlidir, 100 yaşı var"

30 Mar 2024 18:36 92 baxış
IMG

Son zamanlar astral səyahət etməsi ilə bağlı verdiyi açıqlamalarla gündəmdən düşməyən türkiyəli müğənni Yusuf Güney daha bir maraqlı fakir səsləndirib.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, o, qatıldığı teleproqramlardan birində Andromeda Qalaktikasındakı planetlərdən birində sevgilisinin olduğunu bildirib.

Yusuf “Yerdə sevgilim yoxdur. Andromedada bir qadına aşiqəm. O planetin insanları 900 il yaşayırlar, mənim sevgilimin 100 yaşı var, yerlə müqayisə eləsək, təxminən 20 yaş sayıla bilər” deyib.

Onun bu fikirləri sosial mediada birmənalı qarşılanmayıb.

Mənbə: lent.az

Xəbər lenti