IMG-LOGO

Dünyanın ən böyük və ən yüksək səsli musiqi aləti

30 Mar 2024 15:51 196 baxış
IMG

Əgər dünyada ən yüksək səsin hansı alətdə olduğu ilə maraqlanmısınızsa, bu material sizin üçün maraqlı olacaq.

Lent. az xarici mediaya istinadla bildirir ki, "Ginnesin Rekordlar Kitabı"ndakı qeydlərə görə, bu alət “Boardvalk Hall Auditorium Center”ə məxsusdur.

Bu boru orqanının yaradıcısı Midmer-Losh Orqan Şirkətidir. Nyu Cersi ştatının Atlantic City şəhərindəki Boardvalk zalının əsas auditoriyasına baş çəkərək “rekordçu”nu görə bilərsiniz.

Bu auditoriyanın sahəsi 13 min kvadratmetrdir.

Orqan təxminən 33,112 borudan ibarətdir. Onların bəzilərinin ölçüsü bir neçə santimetr, digərləri isə demək olar ki, 20 metrə çatır.

Mənbə: lent.az

Xəbər lenti