IMG-LOGO

Qaxda ev yanıb kül oldu

30 Mar 2024 05:20 196 baxış
IMG

Qax rayonunun Qum kəndində ümumi sahəsi 63 m² olan birmərtəbəli 2 otaq və eyvandan ibarət  evin yanar konstruksiyaları yanıb.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: lent.az

Xəbər lenti