IMG-LOGO

Azərbaycanın sülh təşəbbüslərinə qarşı siyasi təzyiq cəhdləri müşahidə olunur - RƏY

07 May 2026 13:30 3 baxış
IMG

Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun Azərbaycanla bağlı səsləndirdiyi iddialar rəsmi Parisin Cənubi Qafqaz məsələlərinə indiyədək nümayiş etdirdiyi birtərəfli və selektiv yanaşmanın davamı kimi qiymətləndirilir.

Bunu "Report"a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

Onun sözlərinə görə, xüsusilə, bölgədə formalaşmış yeni geosiyasi reallıqların nəzərə alınmaması və ittiham xarakterli ritorikanın üstünlük təşkil etməsi diqqət çəkir:

"Baronun açıqlamalarında Ermənistanın uzun illər həyata keçirdiyi işğal siyasətinə, regional təhlükəsizlik üçün yaratdığı risklərə və sülh prosesinin qarşısında duran əsas maneələrə toxunulmaması qərəzli yanaşma kimi dəyərləndirilir".

Şərhçi qeyd edib ki, Azərbaycan bu istiqamətdə praktiki addımlar atdığını və yeni əməkdaşlıq formatlarını təşviq etdiyini dəfələrlə nümayiş etdirib:

"Belə bir şəraitdə regiondan kənar bəzi siyasi dairələrin ittiham xarakterli bəyanatlarla çıxış etməsi konstruktiv dialoqa deyil, daha çox siyasi təzyiq və təsir mexanizmlərinə hesablanmış addım təsiri bağışlayır. Bundan əlavə, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra bu kimi ifadələrin yenidən gündəmə gətirilməsinə cəhd göstərilməsi regionda davam edən müsbət proseslərə kölgə salmaq kimi qiymətləndirilir. Bu cür yanaşmalar sülh gündəliyinə xidmət etmir, əksinə, bölgədə yeni gərginlik və qarşıdurma mühiti yaratmaq riskini artırır".

Xəbər lenti