İranın paytaxtı Tehranın qərbindəki "Erguvan" Ticarət Mərkəzində güclü yanğın baş verib.
"Report"un xəbərinə görə, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Məlumata görə, yanğın nəticəsində azı üç nəfər ölüb, daha 26 insan xəsarət alıb.
Axtarış-xilasetmə işləri davam etdirilir, bu səbəbdən də ölənlərin sayının artacağı ehtimal olunur.
Yanğının başvermə səbəbi məlum deyil. Araşdırma aparılır.