IMG-LOGO

Lavrovla Rubio Rusiya və ABŞ arasındakı əlaqələri müzakirə ediblər

05 May 2026 21:27 3 baxış
IMG

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubio telefon danışığı zamanı dünyadakı mövcud vəziyyəti və Rusiya-ABŞ münasibətlərini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.

"Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub. XİN rəhbərləri beynəlxalq məsələlərdə və Rusiya-ABŞ münasibətlərində mövcud vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar, həmçinin ikitərəfli təmasların qrafikini müzakirə ediblər", - XİN-dən bildirilib.

Bəyanatda qeyd olunub ki, söhbət konstruktiv və işgüzar xarakter daşıyıb.

Xəbər lenti