IMG-LOGO

Səfir: Fransa WUF13 üçün Bakıya nazirliklərarası nümayəndə heyəti göndərəcək

05 May 2026 13:04 5 baxış
IMG

Fransa Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) nazirliklərarası nümayəndə heyəti ilə təmsil olunacaq.

"Report" xəbər verir ki, bu barədə Fransanın Bakıdakı səfiri Sofi Laqut "X" hesabında məlumat yayıb.

"Davamlı şəhərlər üçün tərəfdaşlıq" proqramında iştirak edən üç deputat forumda iştirak etmək üçün Bakıya səfər edəcək", – deyə o qeyd edib.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçiriləcək.

Xəbər lenti