IMG-LOGO

Rusiya 8 və 9 may tarixlərində Ukrayna ilə atəşkəs elan edib

04 May 2026 21:34 3 baxış
IMG

Rusiya İkinci Dünya müharibəsində Qələbənin qeyd olunması şərəfinə 8 və 9 may tarixlərində atəşkəs elan edir.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.

"Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Vladimiroviç Putinin qərarına əsasən, Böyük Vətən müharibəsindəki Qələbənin qeyd edilməsi şərəfinə 8-9 may 2026-cı il tarixlərində atəşkəs elan edilir", - bəyanatda qeyd olunub.

Həmçinin bəyanatda bildirilib ki, Moskva atəşkəsin elan edilməsi ilə əlaqədar Kiyevin ondan nümunə götürəcəyini gözləyir.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski vurğulayıb ki, Kiyev Rusiyadan atəşkəslə bağlı rəsmi təklif almayıb.

Xəbər lenti