IMG-LOGO

Kanadanın Baş naziri Avropa sammitində iştirak etmək üçün İrəvana gedib

03 May 2026 15:04 2 baxış
IMG

Kanadanın Baş naziri Mark Karni "Gələcəyi qururuq: Avropada birlik və sabitlik" devizi altında keçirilən Avropa Siyasi İcmasının (ASİ) 8-ci sammitində iştirak etmək üçün İrəvana gedib.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, onu İrəvanın "Zvartnots" hava limanında Ermənistanın Baş nazirinin müavini Tiqran Xaçatryan qarşılayıb.

Bildirilir ki, Karni sammitə qonaq qismində dəvət olunub və bu tədbirdə iştirak edən qeyri-Avropa ölkəsinin ilk rəhbəridir.

Qeyd edək ki, mayın 4-də Ermənistan paytaxtında ASİ-nin 8-ci sammiti keçiriləcək. İcmanın ilk sammiti 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada baş tutub. Bundan sonra sammitlər ardıcıl olaraq Kişineuda (Moldovanın paytaxtı), Qranadada (İspaniya), Oksfordşirdə (Böyük Britaniya), Budapeştdə (Macarıstanın paytaxtı), Tiranada (Albaniyanın paytaxtı) və Kopenhagendə (Danimarkanın paytaxtı) keçirilib.

ASİ təxminən 50 Avropa ölkəsinin liderini birləşdirir. İcma Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirmək məqsədilə ümumi maraq doğuran məsələlərin həllində siyasi dialoq və əməkdaşlığı təşviq etmək üçün platforma təqdim edir.

Xəbər lenti