IMG-LOGO

Səfirlik: Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir

02 May 2026 20:40 2 baxış
IMG

ABŞ-nin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Bakıdakı səfirliyinn "X" sosial media hesabında paylaşım edilib.

"Karlonun bu həftə həm Ağdama, həm də Füzuliyə səfəri fevral ayında Prezident İlham Əliyev və Vitse-prezident Vens tərəfindən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini və Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və uzunmüddətli bərpanın təşviqi istiqamətində ortaq öhdəliyimizi bir daha təsdiqləyir", - paylaşımda vurğulanıb.

Qeyd edək ki, E.Karlon xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzuru ziyarəti çərçivəsində regionda səfərdə olub.

Xəbər lenti