IMG-LOGO

Çexiya Azərbaycandan ildə 2 milyard kubmetr qaz almağı planlaşdırır

27 Apr 2026 18:06 4 baxış
IMG

Çexiya Azərbaycandan ildə 2 milyard kubmetrə qədər təbii qaz almağı nəzərdə tutur.

"Report" Çexiya informasiya agentliklərinə istinadən xəbər verir ki, bunu ölkənin sənaye və ticarət naziri Karel Havliçek bildirib.

Onun sözlərinə görə, tədarük 2028-2029-cu illərdə başlaya bilər.

"Razılaşma hələ imzalanmayıb, lakin müqavilə artıq razılaşdırılıb və hazırlığın irəliləmiş mərhələsindədir", - deyə nazir qeyd edib.

Bundan əvvəl Çexiyanın Baş naziri Andrey Babiş Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı Praqanın Azərbaycan qazının alınması üzrə uzunmüddətli müqavilə bağlamağı nəzərdə tutduğunu bildirmişdi.

Hazırda Azərbaycan 42 % payla Çexiyanın ən böyük neft tədarükçüsüdür.

Xəbər lenti