Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 26-da Kiyevdə Moldova parlamenti Maya Sandu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
O, ölkəsinin hansı formada təmsil olunacağını hələlik açıqlamayıb.
Qeyd edək ki, 7-8 iyul tarixlərində Türkiyənin Ankara şəhərində NATO sammiti baş tutacaq.