IMG-LOGO

Bəqai: İran Fars körfəzi dövlətləri ilə münasibətlərə böyük əhəmiyyət verir

26 Apr 2026 03:33 2 baxış
IMG

İran Fars körfəzi dövlətləri ilə münasibətlərə böyük əhəmiyyət verir.

"Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.

"İran Fars körfəzi dövlətləri ilə münasibətlərinə böyük əhəmiyyət verməkdə davam edir və qarşılıqlı etimadın və konstruktiv əməkdaşlığın gücləndirilməsinə sadiq qalır", - İ. Bəqai bildirib. O, Pakistandan sonra XİN rəhbəri Abbas Əraqçinin Oman səfərinin əhəmiyyətini vurğulayıb:

"Biz Oman Sultanlığında, Maskatdayıq. Bu, ABŞ və İsrailin bütün bölgəyə təsir edən hücumlarından sonra A.Əraqçinin regiona ilk səfəridir".

Onun sözlərinə görə, Omanla münasibətlər İranın cənub qonşuları ilə hörmətə əsaslanan və qarşılıqlı faydalı əlaqələr qurmaq istəyinin sübutudur.

Xəbər lenti