Çin alimləri krevetka və balıqlarda insanlara yoluxa bilən və nadir göz xəstəliyi yaradan yeni POH-VAU virusunu aşkarlayıblar.
Lent.az xəbər verir ki, bu barədə "Nature Microbiology" jurnalında dərc olunan tədqiqatda bildirilir.
Mütəxəssislərin rəyinə əsasən, virusa yoluxma çiy dəniz məhsullarının istehlakı zamanı baş verə bilər. Yoluxmuş xəstələrin 70%-dən çoxunda davamlı göz hipertenziyası (gözdaxili təzyiqin artması) qeydə alınıb. Bu hal güclü iltihabla müşayiət olunur və bəzi hallarda görmənin tamamilə itirilməsinə səbəb ola bilər.
Müəlliflər qeyd edirlər ki, əvvəllər POH-VAU tipli virusların insan toxumalarına təsir edə bilmədiyi və yalnız dəniz orqanizmləri üçün təhlükəli olduğu hesab edilirdi. Lakin yeni kəşf növlərarası keçid sərhədlərinin qeyri-müəyyən olduğunu və bu tip virusların insanlar üçün təhlükə yaratdığını sübut edir.
"Greek City Times" platformasının məlumatına görə, hazırda bu virusa qarşı xüsusi dərman preparatı mövcud deyil. Müalicə prosesi əsasən iltihabəleyhinə vasitələr və gözdaxili təzyiqin azaldılması metodları ilə həyata keçirilir.
çin