IMG-LOGO

Dünyanın ən böyük mavi almazı 40 il sonra SATILDI

14.11.2023 19:38 101 baxış
IMG

Dünyanın ən böyük mavi almazı 44 milyon dollardan çox qiymətə satılıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, indiyə qədər hərraca çıxarılan ən böyük mavi almaz "Christie's" hərracında 44 milyon dollardan çox qiymətə satılıb. Bu məbləğ ilkin hesablamaları əhəmiyyətli dərəcədə üstələyir - ilkin olaraq "Christie's" bunu 35 milyon dollar qiymətləndirib.

Son 40 ildir ki, daş şəxsi kolleksiyadadır.

17,61 karatlıq "Bleu Royal" brilyantı iki brilyantla bəzədilmiş qızıl üzüyü bəzəyir. Lot Cenevrədə dəbdəbəli mallar auksionunun bir hissəsi kimi satılıb. Alıcının adı açıqlanmır.

Xəbər lenti