IMG-LOGO

Eskobarın begemotları öldürüləcək - Qərar təsdiqləndi

14 Apr 2026 15:29 3 baxış
IMG
0 0

Kolumbiya hakimiyyət orqanları yerli təbiət üçün təhlükə yaradan invaziv növ hesab etdikləri 80 begemotun evtanaziyası planını təsdiqləyib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, ilk dörd begemot ölkəyə 1980-ci illərdə narkobaron Pablo Eskobarın şəxsi zooparkı üçün gətirilib. Bu səbəbdən heyvanlara “kokain begemotları” da deyilir. Eskobarın 1993-cü ildə öldürülməsindən sonra begemotlar vəhşi təbiətə buraxılıb və onların sayı sürətlə artmağa başlayıb.

Məlumata görə, hazırda Kolumbiyada təxminən 200 begemot var. Onlar Magdalena çayı regionunda yaşayırlar. Bu heyvanların təbii düşmənləri yoxdur və sürətlə çoxaldıqları üçün 2035-ci ilə qədər onların sayı 1000-ə çata bilər.

80 heyvanın evtanaziyasını və sayın azaldılması üçün digər tədbirləri nəzərdə tutan plan 2026-cı ilin ikinci yarısında həyata keçiriləcək və təxminən 2 milyon dollara başa gələcək.

Heyvan hüquqları müdafiəçiləri isə begemotların evtanaziyası planını tənqid edir və daha humanist üsullara məsələn, bir hissəsinin zooparklara köçürülməsi və sterilizasiya edilməsinə çağırırlar. Lakin

Kolumbiya hakimiyyəti bildirir ki, bu cür üsullar artıq sınaqdan keçirilib, amma icrası çətin və kifayət qədər effektiv olmayıb.

Hadisələr begemotlar Pablo Eskobar Kolumbiya

Xəbər lenti