IMG-LOGO

Kamboca kralında xərçəng aşkarlandı

11 Apr 2026 04:30 2 baxış
IMG
3 0

Kamboca Kralı Norodom Siamonidə prostat xərçəngi aşkarlanıb.

Lent.az "Independent" nəşrinə istinadən xəbər verir ki, 72 yaşlı monarx müalicə üçün Çinə yollanacaq.

Bildirilir ki, o və anası Norodom Moninet fevralın sonunda planlı müayinələr üçün Pekinə gediblər. Xərçəngin mərhələsi barədə məlumat verilməyib.

Qeyd edək ki, Siamoninin atası Norodom Sianukda da 1993-cü ildə prostat xərçəngi aşkarlanmışdı və o, müalicədən sonra 2012-ci ilə qədər yaşayıb.

Siamoni 2004-cü ilin oktyabrında atasının taxtdan imtinasından sonra kral olub. O, daha əvvəl Kambocanın UNESCO-da səfiri kimi çalışıb və klassik balet rəqqası kimi tanınıb.

Norodom Siamoni Kamboca Kralı xərçəng

Xəbər lenti