ABŞ-da Miçiqan lotereyasının Lotto 47 tirajlarının daimi iştirakçısı 1,1 milyon dollar udub.
Lent.az xarici mediaya istinadla bildirir ki, 65 yaşlı qalib lotereya başladığı vaxtdan bəri heç bir tirajı qaçırmayıb. O, onilliklər ərzində həftədə iki dəfə Lotto 47 biletləri alıb və uzun illər uğursuzluqlardan sonra nəhayət cekpotu qazanıb.
Qadının sözlərinə görə, uğurlu bileti martın 21-də adi supermarketdən alıb. Bir neçə gün sonra qonşusu ona bildirib ki, həmin tirajda kiməsə çoxmilyonlu uduşlu bilet satılıb. “Heç ağlıma da gəlməzdi ki, bu mən ola bilərəm”, — deyə şanslı qadın etiraf edib.
Bileti yoxladıqdan sonra qadın cekpotu məhz özünün qazandığını anlayıb. O, dərhal həmin qonşusuna və ailəsinə zəng edərək sevincini bölüşüb.
“Qələbə böyük bir nemətdir. Özümü sanki yenidən nəfəs ala bilirmiş kimi hiss edirəm”, — deyə o etiraf edib.
Qalib qadın uduş pulunu yığım (əmanət) kimi saxlamağı planlaşdırır.
lotereya