IMG-LOGO

İtkin düşən qadın 42 il sonra tapıldı

08 Apr 2026 14:48 3 baxış
IMG
2 0

ABŞ-ın İndiana ştatında yaşayan və 1974-cü ildə üçüncü uşağını dünyaya gətirdikdən dərhal sonra itkin düşən qadın 42 il sonra tapılıb. Qadın ailəsinə qayıtmaq istəməyib.

Lent.az xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.

İtkin düşdüyü vaxt Lula Enn Gillespi-Miller 28 yaşında olub. O, ağır həyat şəraiti fonunda evi tərk edib: avtomobil qəzasında həyat yoldaşı həlak olub, qızı isə qrup şəklində zorakılığa məruz qalıb.

Amerikalı qadın uzun müddət Texas ştatında başqa ad altında yaşayıb. 2014-cü ildə onu qızı Temmi Millerin tutduğu özəl detektiv tapıb. Temmi anasını 40 ildən çox müddət ərzində axtarıb.

2016-cı ildə artıq 69 yaşı olan Lula qızı ilə telefonla danışmağa razılaşıb. Lakin söhbət cəmi iki dəqiqə davam edib. Temminin sözlərinə görə, Hollivud filmlərindəki kimi xoş sonluq olmayıb. Lula ünsiyyəti davam etdirmək istəməyib və ailə bir daha birləşməyib.

İtkin qadın

Xəbər lenti