IMG-LOGO

Trampın sərt çağırışları, İranın həqiqətdən uzaq məlumatları – Müharibədə SON VƏZİYYƏT

05 Apr 2026 16:43 4 baxış
IMG
3 0

ABŞ–İsrailin İrana qarşı müharibəsi dördüncü həftəsinə daxil olduğu bir vaxtda Donald Tramp vəziyyəti nəzarətdə saxlamağa çalışır.

Al Jazeera məlumat yayıb münaqişə təkcə hərbi qarşıdurma deyil, həm də informasiya müharibəsi mərhələsinə keçib. Bir tərəfdən Trampın sərt çağırışları diqqət çəkir, digər tərəfdən isə İranın verdiyi məlumatların doğruluğu ilə bağlı suallar artır.

Tramp bu gün “Truth Social” hesabında Hörmüz boğazını açmağa çağırıb:

“Bu lənətə gəlmiş boğazı açın, alçaqlar, yoxsa cəhənnəmdə yaşayacaqsınız. Sadəcə baxın, Allaha həmd olsun”.

Tehran Hörmüz boğazında faktiki blokada yaratdığını iddia edir. Bu boğazdan dünyanın neft və mayeləşdirilmiş qaz ehtiyatlarının təxminən beşdə biri keçir.

Enerji bazarlarında ciddi dalğalanma müşahidə olunur və neft qiymətləri sürətlə yüksəlir. Analitiklər xəbərdarlıq edir ki, bu vəziyyət qlobal iqtisadi böhran riskini artırır.

İran tərəfinin verdiyi bəzi məlumatlar beynəlxalq ekspertlər tərəfindən şübhə ilə qarşılanır. Xüsusilə hərbi əməliyyatların nəticələri, dağıdılan texnika və uğurlar barədə açıqlamaların bir hissəsinin şişirdildiyi və ya təsdiqlənmədiyi qeyd olunur. Bu isə informasiya müharibəsinin daha da gücləndiyini göstərir.

 

Donald Trump İran ABŞ İsrail müharibə Hörmüz boğazı enerji böhranı neft qiymətləri Yaxın Şərq informasiya müharibəsi siyasi gərginlik

Xəbər lenti