IMG-LOGO

Oğrular üçün maqnit: Turistlərin tez-tez rastlaşdığı baqaj səhvləri XƏBƏRDARLIĞI

01 Apr 2026 13:36 3 baxış
IMG
63 0

Hava limanında baqajın itməsi və ya oğurlanması turistlərin ən böyük qorxularından biri olaraq qalır. Uzun müddət planlaşdırılan səfərə gəlib bütün əşyaların yoxa çıxdığını görmək hər kəs üçün xoşagəlməz vəziyyətdir. Bu səbəbdən bir çox səyahətçi çamadanlarına sahibini müəyyən etmək üçün baqaj etiketləri əlavə edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu etiketlərdə həddindən artıq şəxsi məlumat yerləşdirmək ciddi risklər yarada bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, beynəlxalq daşınma şirkəti 1st Move Internationalın idarəedici direktoru Mayk Harvinin sözlərinə görə, baqaj etiketlərində ailə üzvlərinin tam adlarının və ev ünvanının yazılması təhlükəlidir.

Onun fikrincə, məlumatın çox olması şəxsi məlumatların oğurlanmasına, maliyyə fırıldaqlarına və hətta ev qarətlərinə səbəb ola bilər.

Ekspert qeyd edir ki, ev ünvanı yad şəxslərin əlinə keçərsə, bu, mənzilin boş olduğunu göstərən siqnal kimi qəbul edilə bilər. Bundan əlavə, pasport nömrələri və ya sığorta məlumatlarının birkada qeyd olunması da tövsiyə edilmir, çünki bu cür məlumatlar fırıldaqçılar üçün əlverişli imkan yaradır.

Eyni zamanda, çamadanın içində qiymətli əşyaların olması ilə bağlı məlumatların paylaşılması da arzuolunmazdır, çünki bu, oğruların diqqətini cəlb edə bilər.

Mütəxəssislər tövsiyə edir ki, baqaj etiketlərində yalnız zəruri məlumatlar qeyd olunsun. Bunlara ad və soyad, ölkə kodu ilə birlikdə telefon nömrəsi və elektron poçt ünvanı daxildir. Hətta əsas e-poçtdan ayrı, səyahətlər üçün ayrıca bir ünvan istifadə etmək daha təhlükəsiz hesab olunur.

Turizm mütəxəssisləri bildirirlər ki, çamadan seçərkən çox yayılmış rənglərdən uzaq durmaq faydalıdır. Bu, hava limanında baqajların qarışdırılması riskini azaldır.

Digər tərəfdən, həddindən artıq diqqət çəkən və bahalı görünən çamadanlardan da çəkinmək məsləhət görülür. Belə baqajlar oğrular üçün cəlbedici görünə bilər və içində qiymətli əşyaların olduğu ehtimalını artırır.

travel səyahət

Xəbər lenti