IMG-LOGO

İstanbulun küçələrində quraşdırılan monitorlarda Xocalı soyqırımı ilə bağlı görüntülər nümayiş olunur

26.02.2024 16:10 551 baxış
IMG

Türkiyənin İstanbul şəhərinin bəzi küçələrində quraşdırılan monitorlarda Xocalı soyqırımı ilə bağlı görüntülər nümayiş olunur.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyanı şəhərin Bəyoğlu bələdiyyəsi təşkil edib.

Monitorlarda Xocalıda törədilən qırğınla bağlı foto və videolarla yanaşı soyqırımı barədə məlumatlar da təqdim olunur.

Faciənin 32-ci ildönümünə həsr olunan aksiya günün sonunada yekunlaşacaq.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti